Azərbaycanda yeniyetmə qız qaçırıldı

Hacıqabulda yeniyetmə qız qaçırılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib.

14-15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilir. Onun ailə qurmaq məqsədi ilə qaçırıldığı iddia olunur.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, bununla bağlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda araşdırmalar aparılır. Əlavə məlumat veriləcək.