Azərbaycanda ticarət mərkəzində çökmə təhlükəsi: VƏTƏNDAŞLAR TƏXLİYƏ EDİLDİ - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən Mərkəzi univermaq binasının bir hissəsinin çökmə ehtimalının olması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.

Gəncədə ticarət mərkəzi çökdü -  FOTOGəncədə ticarət mərkəzi çökdü -  FOTO