Azərbaycanda saytlara girişdə problem yaşanır - "Cloudflare"dən növbəti AÇIQLAMA

Qlobal səviyyədə internet resurslarının fəaliyyətində fasilələrlə bağlı növbəti açıqlama yayılıb.

Stopnarkotik.az xəbər verir ki, qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkəti "Cloudflare Access" və "WARP" xidmətlərinin tam bərpasını təmin edən dəyişikliklər etdiyini bildirib.

"Access" və "WARP" istifadəçiləri üçün xəta səviyyəsi hadisədən əvvəl olan normal göstəricilərə qayıtdı. Digər xidmətlərin bərpası üzrə işlər davam edir", - məlumatda qeyd olunur.

Qeyd edək ki, hazırda ölkəmizdə bir çox saytlara giriş mümkün deyil. 

Stopnarkotik.az