Millət vəkili İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlının idarə etdiyi avtomobilin idarəetməni itirməsi nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 6 avtomobilə ziyan dəydiyi bildirilir.
Hadisə Nərimanov rayonu ərazisində baş verib. Şahidlərin bildirdiyinə görə hadisəni törədən şəxs öz avtomobilini ərazidə qoyaraq qaçıb. Amma qəza barədə hələ ki, heç yerdə məlumat yoxdur. Orxan Nərimanlının yaxınları da xəbəri təsdiqləyib.
Qeyd edək ki, Orxan Nərimanlı sabiq nazir Heydər Əsədovun kürəkənidir.
Bas vermiş hadisə ilə bağlı Orxan Nərimanlının barəsində 511.3- ci maddə ilə 2 ay həbs qəti imkan tədbiri seçilib./7news.az