Azərbaycanda qeydiyyatda olan neçə narkoman var? - RƏSMİ AÇIQLAMA

Ölkədə narkomaniyadan əziyyət çəkənlərin sayı məlum olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin son göstəricilərinə əsasən tibb müəssisələrində qeydiyyatda olan narkomaniya xəstələrinin sayı 40490 nəfərdir. Qeydiyyatda olan toksomaniya xəstələrinin sayı isə 2492 nəfər təşkil edir.

Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 9578 nəfərdir.