AZƏRBAYCANDA NARKOMANLARIN SAYI ARTIR - Ötən il qeydiyyata alınanların rəsmi statistikası açıqlandı

2024-cü ildə narkotik istifadəçisi kimi qeydiyyata alınanların sayı açıqlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda hüquqpozmalar" məcmuəsində öz əksini tapıb.

Qeyd olunub ki, ötən il 4967 nəfər narkomaniyadan ilk dəfə xəstələnən şəxs kimi qeydiyyata alınıb.

Bu say 2023-cü ildə 3796, 2020-ci ildə 2723 nəfər təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanda 40 min 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyata düşüb. Bu, 2023-cü ilə nisbətən 3 min 831 nəfər çoxdur.

Ekspertlər ölkədə narkomanların sayı ilə bağlı bu rəqəmləri real saymırlar. Onlar deyir ki, qeydiyyata düşməyən və ya qeydiyyatdan yayındırılan narkotik istifadəçiləri də az deyil.

Stopnarkotik.az