Azərbaycanda ən çox satılan lüks avtomobillərin SİYAHISI

2023-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda rəsmi dilerlər vasitəsilə lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.

6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 2580 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78%  çoxdur. 2022-ci ilk doqquz ayında bu rəqəm 1452 ədəd təşkil edib. 

2023-cü ilin yanvar-sentyabr aylarında Yaponiya markası  “Lexus” Azərbaycanda yeni modellərin satış həcminə görə lider olub - 824 ədəd. Markanın satışları son bir ildə 2,2 dəfə artıb. 

Siyahıda ikinci olan BMW-nin satışları 2,6 dəfə artaraq 664 ədədə yüksəlib. “Mercedes” isə bu ilin ilk doqquz ayında 504 ədəd satışla bazar üzrə üçüncü (19,5% bazar payı) olub. Markanın satışları ötən ilin eyni dövrünə nisbətən 29% artıb.

Bu dövrdə “Land Rover”in satışları 2 dəfə artaraq 326-ya, “Porsche”nin satışları isə 42% artaraq 112 ədədə çatıb.

Lüks markalar sırasında Azərbaycanda yalnız yeni “Audi” avtomobillərinin satışları azalıb. 

Son bir ildə markanın satışları 20% azalaraq 150-yə enib. Belə ki, 2022-ci ilin eyni dövründə marka üzrə 187 ədəd avtomobil satılıb./valyuta.az