Azərbaycanda müəllim uşaqları qamçı ilə döydü - ANBAAN VİDEO / YENİLƏNİB

“O bizim tədris müəssisəmizdə icarəyə otaq götürüb riyaziyyat fənnindən dərs deyib.  Pandemiya dövründə çalışıb və hadisə də o vaxt olub. Lakin videogörüntülər indi yayılıb. Müəllim artıq bizim müəssisədə çalışmır”.

Bu barədə yayılan videogörüntülərlə bağlı açıqlama verən “Xəmsə” Tədris Mərkəzi Sumqayıt filialının direktor əvəzi Amaliya Əliyeva deyib. 

O bildirib ki, həmin müəllim pandemiya dövründən “Xəmsə” Tədris Mərkəzində icarəyə otaq götürüb:

“Elşad Qurbanov həmin dövrdə bizdə dərs deyib. Hətta nəticələri yüksək olan müəllimlərdən biridir. Valideynlər uşaqlarını riyaziyyatdan məhz o müəllimin hazırlaşdırmasını istəyirdilər. Yüksək nəticə əldə etsinlər deyə o vəziyyətdə dərs keçməsinə belə valideynlər razı idi. Elşad Qurbanovun qrupuna uşaq yerləşdirmək də çətin idi, hər uşağı qrupa götürmürdü. Həmin videogörüntülərdəki hadisə də pandemiya dövründə olub. Hadisənin videogörüntüləri indi yayılıb. Heç o dövrdə də bizə bu barədə valideyn şikayəti daxil olmamışdı”.

***11:55

Sumqayıtda müəllimin uşaqları qamçı ilə döyməsi sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. 

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərin Sumqayıtda "Xəmsə" tədris müəssisəsində lentə alındığı deyilir.

Videogörüntüdə müəllimin şagirdləri qamçı ilə döydüyü, şiddət göstərdiyi aydın görünür.  Paylaşımlarda iddia edilir ki, sözügedən müəllimin adı Elşaddır.

Həmin videogörüntüləri təqdim edirik: