Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin 10-cu sinif şagirdi 6 may 2024-cü il tarixində vəfat edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib.
"Şagirdimizin vəfat etmə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək" - açıqlamada bildirilib.
***11:22
Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.
***10:17
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbinin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.