Azərbaycanda məktəbli qız qızılcadan öldü

Hacıqabulda 6-cı sinif şagirdi xəstəlikdən həyatını itirib.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, şəhərin F.Süleymanov adına 3 nömrəli tam orta məktəbin Vl  sinif şagirdi  Aylin Səmədli dünyasını dəyişib.

Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.