Azərbaycanda məhbusların sayı artıb - HESABAT

Azərbaycan adambaşına düşən məhbusların sayına görə Avropa Şurasına üzv ölkələr arasında ikinci yerdədir. Bu Avropa Şurasının dərc etdiyi “SPACE I - 2024” illik hesabatının məlumatlarından göstərilir.

Stopnarkotik.az xəbər verir ki, hesabata görə, Azərbaycanda hər 100.000 sakinə 264 məhkum düşür. Bu, Avropa Şurasına üzv ölkələr arasında ikinci ən yüksək göstəricidir. Türkiyə hər 100 min nəfərə 356 məhbusla 1-ci yerdədir. Üçüncü yerdə 261 məhbus göstəricisi ilə Gürcüstan qərarlaşıb.

Azərbaycan da həbsxanaların sıxlığı probleminin qeydə alındığı ölkələr sırasındadır. Məlumatlara görə, Azərbaycanın penitensiar müəssisələrində orta hesabla hər 100 yerə 103 məhkum düşür.

2023-cü il yanvarın 31-dən 2024-cü il yanvarın 31-dək Azərbaycanda məhbusların sayı 8,3% artıb.

Stopnarkotik.az