Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir

Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına dəyişiklik edilir.

Stopnarkotik.az-ın xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarında" dəyişiklik olunur.

Dəyişikliklə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr" fəslindən "Dihidrokodein" və "Properidin" çıxarılıb.