Ötən gün Qazaxda dəhşətli intihar hadisəsi baş verib.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarov özünü asaraq canına qıyıb.
Yaxınları bildiriblər ki, dünən həyatına son qoyan Əhliman dörd ildir sevdiyi qızla ailə qurmağa hazırlaşırmış.
Belə ki, onun üç gün əvvəl qız toyu olub. Əhlimanın sevdiyi iki əkiz bacı olan bu xanımın digər bacısının da qız toyu eyni günə salınıbmış.
27 yaşlı gənc də məhz toyundan bir gün qabaq onun üçün təmtəraqla hazırlanmış mağardan özünü asıb.
Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.