Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - VİDEO

Sertifikatlaşdırma prosesinin müsahibə nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Stopnarkotik.az Xəzər TV-yə istinadən xəbər verir ki, 8 sentyabr tarixində keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən müəllimlərdən 21784 nəfəri uğur qazanıb. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.

Bu barədə Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirdi.

Bildirildi ki, uğur qazanmış müəllimlərin əməkhaqqısına sentyabr ayından etibarən əlavələr tətbiq olunacaq.

Bildirildi ki, ümumilikdə ötən ilin də nəticələri daxil olmaqla diferensial əməkhaqqı ssisteminə keçid etmiş müəllimlərimizin sayı 32 minə yaxındır. Onlardan 8 mindən çoxunun əməkhaqqısı artıq 35 faizdən daha çox məbləğdə artırılacaq. Digər, 23 mindən çox müəllimin isə əməkhaqqısına hər ay 10 faizlik əlavələr olunacaq və onlar da bu diferensial əməkhaqqı sisteminə keçid etmiş olacaqlar.