Mingəçevirdə yeniyetmənin atası tərəfindən zorakılığa məruz qalması hadisəsinin təfərrüatı bəlli olub.
Əldə etdiyimiz məlumata görə, 2010-cu il təvəllüdlü Yavər Teymur oğlu Bəşirovun qonşuluqda və küçədə olan digər şəxslərlə arasında narazılıq yaranıb.
Atası da oğlunun bu əməlinə əsəbiləşib. O, övladına bir neçə şillə vurub. Onun övladının başında əşyalar qırması faktı əsassızdır.
Qeyd olunur ki, hadisədən sonra əmisi Yavəri xəstəxanaya aparıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, valideyn polisə dəvət olunub:
"Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. Nəticədən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".