Yaxın vaxtlarda Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşacaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Bakinski Burila” Teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, qiymət artımı çox olmayacaq.
Həmçinin vurğulanır ki, Aİ-92 markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.
Qeyd edək ki, Aİ-92 və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir. Bu qərar elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.
Hazırda ölkədə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.