Zəlzələ episentrdə 6 bal, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.
Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatında deyilir.
***17.31
Lənkəranda zəlzələ olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 17:22 də Lənkəranda zəlzələ olub.
Təqribən 10 saniyə davam edən zəlzələ 5 bala yaxın hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, yerli vaxtda saat 17.23-də Talış dağlıq zonasında, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.