Azərbaycan XİN-dən Qəzzada atəşkəs razılaşmasına REAKSİYA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.

"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, ötən gün İsrail və HƏMAS arasında atəşkəslə bağlı razılıq əldə edilib. Atəşkəsin 19 yanvardan qüvvəyə minəcəyi bildirilir.