Azərbaycan vətəndaşı İran zindanında saxlanılmaqda davam edir. Söhbət saxta, qondarma ittihamla terror ölkəsi olan İranda həbs edilmiş Validə Yusifovadan gedir. Stopnarkotik.az-ın məlumatına görə, İranda “İnsan Haqları Təşkilatı” –“Human Rigts Activists News Agency” (HRANA) xəbər verir ki, Azərbaycan vətəndaşı Validə Yusifovanın həbsindən 30 ay keçməsinə baxmayaraq, o, casusluq ittihamı ilə hələ də Tehranın “Evin” zindanında saxlanılır. O, həbs olunuduğu gündən bəri ailəsi ilə telefon danışıqlarından məhrum edilib.
“HRANA” qeyd edir ki, məlumatlı mənbənin verdiyi xəbərə görə, Validə Yusifova Azərbaycanın “Narkotiklərlə Mübarizə Polis İdarəsi”nin əməkdaşıdır və İranda narkotik alveri ilə məşğul olan dəstəni müəyyənləşdirərkən həbs edilib. Məlumata görə, Validə Yusifova həbsdə sakitləşdirici həblərin təsiri altındadır, psixoloji və emosional cəhətdən isə acınacaqlı vəziyyətdədir. Bu həftənin bazar ertəsi o, Tehrandakı “Əminabad Psixiatriya Xəstəxanası”na köçürülüb və çərşənbə günü yenidən həbsxanaya qaytarılıb.
Xatırladaq ki, 2021-cilin yanvarında tutulan xanım Yusifova üç aya yaxın Ərdəbil və Təbrizdə saxlandıqdan sonra Evin zindanına köçürülmüşdü. Bakıdan olan 31 yaşlı Yusifova "narkotik alveri və casusluqda" ittiham olunsa da, məhkəmədə narkotiklə bağlı ittihamlardan bəraət alıb. Onun işi hakim Salvatinin rəhbərlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində araşdırılır və hələ də ona hökm çıxarılmayıb. Onun işi hakim Salvatinin rəhbərlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində araşdırılır və hələ də ona hökm çıxarılmayıb.
Stopnarkotik.az