"Azərbaycan tezliklə Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında keçiriləcək üçtərəfli görüşlərə hazırdır".
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı yazıb.
“Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında üçtərəfli Brüssel formatını və regional sülh gündəliyini dəstəkləyir. Bu mənada Azərbaycan sülh müqaviləsi daxil olmaqla bir çox sülh təşəbbüslərinin müəllifidir,-deyə o əlavə edib.
Prezident köməkçisi onu da diqqətə çatdırıb ki, Azərbaycan həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi danışıqları üzrə birbaşa və ikitərəfli dialoqun və danışıqların tərəfdarıdır.
“Fürsətdən istifadə edərək, İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi Birliyinin Qranadada keçirilən toplantısının uğurlu təşkili münasibətilə təbrik edirəm və onlara ev sahibi ölkə kimi Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirəm”,-deyə H.Hacıyev qeyd edib.