Ermənistanın Zəngəzur (Sünik) rayonundan olan, azaraq Azərbaycan ərazisinə keçmiş iki yeniyetmə qarşı tərəfə təhvil verilib.
Stopnarkotik.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Dığ icmasının başçısı bildirib.
O, təfərrüatı açıqlamadan uşaqların onun yanında olduğunu vurğulayıb.
Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib.
*** 13:09
Ermənistanın Zəngəzur (Sünik) rayonunun Dığ kəndinin iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə düşüblər.
Bildirilir ki, onlar Azərbaycan ərazisinə keçmiş ola biləcək mal-qaranı qovurmuşlar.