Böyük Britaniyanın BP şirkəti Azərbaycandan gələn neftin bəzi partiyalarında keyfiyyət problemləri ilə bağlı məlumat aldığını bildirib. Bu barədə “Bloomberg” məlumat yayıb.
Stopnarkotik.az xəbər verir ki, BP-nin bildirdiyinə görə, xammalda üzvi xloridlər aşkar edilib. Açıqlamaya görə, bunlar xammalda əhəmiyyətli miqdarda olarsa, emal zavodlarına və avadanlıqlara zərər verə bilən kimyəvi maddələrdir.
Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca infrastrukturun bütün hissələrində xam neftin keyfiyyəti qiymətləndirilir və Azərbaycandan xammal ixrac üçün Türkiyəyə çatdırılır.
Bu məlumatdan sonra İtaliyanın “Eni SpA” şirkəti çirklənmiş neft partiyası aldığını və xammalın bir hissəsinin artıq emal olunduğunu bildirib. Şirkətdə təhlükəsizlik tədbirlərinə riayət olunmaqla emal ediləcəyini bildiriblər. İlin əvvəlindən bu marşrutla gündə təxminən orta həcmlə 575 min barel neft daşınır. Aşkarlanmış xloridlə çirklənmə nəticəsində hazırda Azərbaycan neftinin partiyaları son 4 ildə ən aşağı qiymətə satılır. “Bloomberg” xatırladır ki, üzvi xloridlər artıq bazara ciddi təsir göstərib.
P.S. Maraqlıdır ki, 2019-cu ildə xloridlə çirklənmə “Drujba” neft kəməri ilə tədarük edilən Rusiya xammalında baş verib. Xlor səbəbiylə Rusiya neft ixracı tarixində ən böyük böhranlardan biri başlamışdı. Rusiya ilə gərgin münasibətlər fonunda yüksək keyfiyyətli “Azeri light” neftində xammalı çəirkləndirən xlorun tapılması şübhə doğurur. Ola bilsin k, məsələdə Rusiyaya piştaxta altından işləyən təxribat hüceyrələrinin əli var və bu təxribat Bakıya təhdid mesajı qismində törədilib.
Stopnarkotik.az