Azərbaycan ABŞ və Orta Asiya ölkələri arasında "C5+1" formatına daxil ediləcək

Azərbaycanın ABŞ və Orta Asiya ölkələri arasında "C5+1" formatına daxil edilməsi nəzərdən keçirilir.

Stopnarkotik.az xəbər verir ki, bu təklif Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin sədri Riçard Hoqland tərəfindən Vaşinqtonda keçirilən "Tərəfdaşlığın Onilliyi: C5+1 Formatını Nə Gözləyir?" tədbirində irəli sürülüb.

"Məqsəd C5 formatını beynəlxalq təşkilat kimi təsis etməkdir. Yaxud bəlkə də C6 demək daha doğru olardı, çünki Azərbaycan getdikcə bütün C5 görüşlərində iştirak edir", deyə o bildirib.

Stopnarkotik.az