Azər Baxşəliyevin son durumu necədir? - AÇIQLAMA

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağır olaraq qalmaqda davam edir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Tibb Universitetindən məlumat verilib.

Bildirilib ki, hazırda A.Baxşəliyev süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır, müalicəsi davam etdirilir.

Xatırladaq ki, yanvarın 2-si böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev koma vəziyyətində xəstəxanaya çatdırılıb. Axşam saatlarında öldüyü deyilən aktyorun ürək fəaliyyəti həkimlər tərəfindən bərpa edilib.