AZAL bu istiqamətlərə uçuşları ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyun 2025-ci il tarixinə planlaşdırılan bəzi reysləri ləğv edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Həmin reyslər aşağıdakılardır:

 Bakı-Lahor-Bakı J2 145/146
 Bakı-Mumbai-Bakı J2 059/060
 Bakı-Dammam-Bakı  J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.