Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkilərində azad edilən ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.
Stopnarkotik.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”.