"Ayıq sürücü" filminin aktyorlarına hücumla bağlı iddialar təsdiqini tapmayıb

"Ayıq sürücü" filmində iştirak edən aktyorların təhdid olunması və hücuma məruz qalması ilə bağlı iddialar araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Buzovna qəsəbəsinin bir qrup sakini ilə aktyor heyətinin görüşü olub.

Görüşdə anlaşılmazlıq yaradan hallara görə filmdən həmin hissələrin çıxarıldığı diqqətə çatdırılıb.

Aktyorlara hücum edilməsi və digər qanunsuz hallarla bağlı iddialar isə təsdiqini tapmayıb və buna görə polisə hər hansı müraciət daxil olmayıb.

Qeyd edək ki, ötən gün aktyorlar Rasəf Mehdiyev və Səmimi Fərhad onlara hücum olunduğunu bildirərək önləm üçün bığlarını qırxmışdılar.