Kobud qayda pozuntularına yol verən sürücü ilə bağlı yayılan videogörüntü araşdırılıb və qanunvericiliyə uyğun tədbir görülüb.
Stopnarkotik.az xəbər verir ki, “VAZ 2105” markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü ilə bağlı videogörüntü araşdırılarkən, hadisənin paytaxtın Maştağa qəsəbəsi ərazisində qeydə alındığı, qayda pozan sürücünün isə Elvin Nəcəfov olduğu müəyyən edilib.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək ictimai qınaq obyektinə çevrilməmək üçün onları intizamlı olmağa, diğər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırır.