Avtoqəzaya düşən iki qardaşdan digəri də vəfat etdi

Oktyabrın 13-də Beyləqanda baş vermiş yol qəzasında xəsarət alan 1996-cı il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu ölüb.

Stopnarkotik.az APA-ya istinadla xəbər verir ki, o, Bakı şəhərində müalicə üçün göndərildiyi xəstəxanalardan birində dünyasın dəyişib.

Qeyd edək ki, rayonun Birinci Şahsevən kəndi ərazisində idarəetməni itirərək yol kənarına aşan "LADA" markalı minik maşınında aldığı xəsarətlər nəticəsində mərhumun qardaşı Elvin Həşimov da dünyasın dəyişmişdi.

Stopnarkotik.az