Avtomobillə qadını vurub öldürdü, izi itirmək üçün görün nə etdi... - NAFTALANDA ŞOK OLAY

Naftalanda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən xəbərə görə, Naftalan şəhər Polis Şöbəsinə 42 yaşlı S. İmaninin naməlum avtomobil tərəfindən vurulması, piyadanın aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini, M. Hüseynov tanışına məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçdıqdan sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.

Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir.