Avtomobilində külli miqdarda narkotik daşıyan şəxs saxlanıldı

Paytaxt ərazisində bir nəfərin idarə etdiyi “Opel” markalı avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 31 yaşlı F.Məlikzadəyə məxsus avtomobilə keçirilən baxış zamanı ondan 3 kq 95 qram marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.