AVTOMAT, TÜFƏNG, QUMBARA... - Vətəndaşlardan xeyli sayda silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, iyulun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 6 qumbara, 2 alışdırıcı, 3 tüfəng, 11 patron darağı və 485 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.