Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN- dən Stopnarkotik.az-a verilən məlumata görə, dekabrın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 5 tüfəng, 2 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.