AVTOMAT, TAPANÇA, QUMBARA... - Xankəndidə xeyli sayda silah-sursat aşkarlandı

Xankəndidə xeyli sayda odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da Xankəndi şəhəri ərazisində 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.