Martın 20-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Stopnarkotik.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən silah-sursat polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkarlanıb.