Dekabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 4 patron darağı və 181 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazirliyin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.