AVTOMAT, TAPANÇA, QUMBARA... - Vətəndaşlardan xeyli sayda silah götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Stopnarkotik.az xəbər verir ki, martın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 tapança, 1 qumbara,  5 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 45 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.