Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, avqustun 2-də polis əməkdaşları paytaxt Bakıda və rayonlarda 2 avtomat, 1 tapança, 2 tüfəng, 1 pulemyot, 3 qumbara, 1 patron darağı və 27 müxtəlif çaplı patron təhvil götürüblər.