Avtobuslar maşınları cərimələyəcək: DYP-dən AÇIQLAMA / VİDEO

Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillərin müəyyən edilməsi üçün avtobuslara kameralar quraşdırılır.

İlkin mərhələdə "BakuBus"a aid 5 saylı marşrut xətti üzrə bir avtobusa kameralar quraşdırılıb.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, kameralar qanunsuz parklanma edənlər üçün də tətbiq olunacaq. Belə ki, kameralar vasitəsilə avtobus zolağına daxil olan avtomobillər cərimələnəcək.

Qeyd edək ki, layihə Daxili İşlər Nazirliyi (DİN), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Ətraflı Baku TV-nin süjetində: