Avtobusdan düşən qadını maşın vurub öldürdü

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Stopnarkotik.az-ın məlumatına görə, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrət oğlu idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub.

Qadın hadisə yerində ölüb.Qeyd edək ki, hadisə, avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.