Avstriya rus diplomatlarını ölkədən çıxarır

Avstriya hakimiyyəti iki rus diplomatını persona non-qrata kimi tanımaq qərarına gəlib.

Bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.

Məlumata görə, hər iki diplomatın statusları ilə bir araya sığmayan hərəkətlər etdiyi deyilir.

Diplomatik işçilər martın 19-dan əvvəl Avstriyanı tərk etməlidirlər.