Avstraliyalı idmançı Olimpiadada narkotik alarkən saxlanıldı

Avstraliyalı idmançı Tomas Kreyq Parisdə kokain aldıqdan sonra polis tərəfindən saxlanılıb.

Bu  barədə "Le Parisien" nəşri məlumat yayıb. 

Bildirilir ki, Fransanın paytaxtında keçirilən Oyunlarda ölkəsinin otüstü xokkey üzrə Olimpiya yığmasını təmsil edən idmançı kokaini şəhərin 9-cu rayonunda alıb. Polis onu cinayət başında yaxalayıb və 1 qram kokain götürüb. 28 yaşlı avstraliyalı və ona qanunsuz maddə satan 17 yaşlı satıcı həbs edilib.

Xatırladaq ki, Avstraliyanın otüstü xokkey komandası Olimpiadanın 1/4 finalında mübarizəni dayandırsa da, Parisdə olmaqda davam edərək Oyunların bağlanış mərasimini gözləyir.