Avropada kokainin bir kiloqramı qlrx min dollardır - ARAŞDIRMA

Avropaya daxil olan kokainin 70%-dən çoxu Belçika, Hollandiya və ya İspaniyadan keçir.

Stopnarkotık.az xəbər verır kı, müxtəlif hesablamalara görə, 2018-ci ildə Antverpendə 50-55 tona, 2022-ci ildə isə 110-120 tona qədər kokain ələ keçirilib.

Rotterdamda 2018-ci ildə 20,8 ton, 2022-ci ildə isə 55,1 ton kokain müsadirə edilib.

Antverpen və Rotterdam limanları gündəmə gəlməmişdən əvvəl İspaniya And ölkələrindən kokainin əsas giriş nöqtəsi idi. 2019-cu ildə Valensiyada 2,85 ton, 2022-ci ildə isə 12,6 ton kokain ələ keçirilib.

25 avqust 2023-cü ildə Ekvadordan banan konteynerində gizlədilən 10,3 ton kokain ələ keçirilib. 2021-ci ildə Fransaya keçən kokainin demək olar ki, 45%-i Havrdan keçib. Belçika və Hollandiya limanlarında gömrük və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi narkotik tacirlərini Fransaya sürükləyir.

Beləliklə, 2022-ci ildə İspaniya, Belçika və Hollandiyada 200 ton kokain ələ keçirilib, hansı ki, bu miqdar həmin ölkələr vasitəsilə ildə edilən 2000 ton kokain tədarükünün cəmi 10%-idir. Və bu da Avropaya tədarük edilən bütün kokainin cəmi 70%-ni təşkil edir, çünki Türkiyə, Polşa, Ukrayna vasitəsilə də kokain tranziti gedir. Belə çıxır ki, bir ildə Avropaya 2850 ton kokain tədarük edilir. Onun 350 tonu tutulursa, Avropada kokainin 1 kiloqramı 40.000 dollardırsa, illik gəlir ildə 100 milyard dollar edir. İki ildə kokain qazancı 200 milyard dollar olur.

Stopnarkotik.az