Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib.
Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, təşkilat, o cümlədən Rusiya Federasiyasından almaz idxalına qadağa qoyub.
Aİ Rusiyaya qarşı ikili təyinatlı məhsul və texnologiyalara yeni ixrac məhdudiyyətləri tətbiq edib, həmçinin 29 şirkəti və bir neçə şəxsi qara siyahıya salıb.