""Atletik"ə məğlub olmaq istəmirdik"" - QURBAN QURBANOV / YENİLƏNİB

"Qarabağ" "Atletik"lə matçda məğlub olmaq istəməyib.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub, saxladılar. Futbolçularımız üçün bu asan deyildi. "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir. və məsuliyyət böyüyür".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesbalı qələbəsi ilə bitib.

***22:58

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Qarabağ” səfərdə İspaniyanın “Atletik” (Bilbao) klubu ilə qarşılaşıb.

Stopnarkotik.az xəbər verir ki, “San Mames” stadionunda keçirilən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün start fiti ilə Azərbaycan təmsilçisi hesabı açıb. Artıq 1-ci dəqiqədə Leandro Andrade fərqlənərək “Qarabağ”ı önə keçirib. Lakin daha sonra ispanlar təşəbbüsü ələ alıblar. Qorka Quruseta 40 və 88-ci dəqiqələrdə dubl edib, 70-ci dəqiqədə isə Robert Navarro fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 3:1.

Bu, Qurban Qurbanovun komandasının cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki ilk məğlubiyyətidir.

Qeyd edək ki, “Qarabağ” IV turda, noyabrın 5-də Bakıda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək.