Ağdamda avqustun sonunda atası tərəfindən döyülərək ağır xəsarətlər alan ikiyaşlı Musa Rəhimovun vəziyyəti açıqlanıb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hazırda onun vəziyyəti stabildir, təhlükəli mərhələni geridə qoyub.
Xatırladaq ki, bu il avqustun 27-də Musa Rəhimov ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Durumunun ağır olması səbəbindən onun Bakıya - Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Hazırda da müalicəsi orada davam etdirilir.