Astaraya radiasiya səviyyəsini yoxlamaq üçün mütəxəssislər göndərildi

İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub.

İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıb.

Məlumata görə, Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb.

Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatı davam etdirirlər. 

Stopnarkotik.az