Astarada itkin düşən məktəbli tapılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, Astarada itkin düşən azyaşlını polis əməkdaşları taparaq ailəsinə təhvil veriblər.
***
17:54
Astarada 3-cü sinif şagirdi itkin düşüb.
Hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.
Faktla bağlı polisə məlumat verilib.