Astarada brakonyerliklə məşğul olan şəxs saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.