Astarada batma təhlükəsi ilə üzləşən qadın xilas edildi - VİDEO

Astarada batma təhlükəsi ilə üzləşən qadın xilas edilib.

Bu barədə Stopnarkotik.az - a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Astara rayonu ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.